4 İyun 2015 22:18
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin böyük uğurudur. Qısa zaman müddətində mötəbər tədbirə hazırlıqlar çox yüksək səviyyədə həyata keçirilib ki, bu da bizim dövlətin apardığı uğurlu siyasətin nəticəsidir”. Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşıyır.

“Əlbəttə, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz mövqeyini bundan sonra da qoruyacaq”, – deyə R.Məmmədov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər