10 İyun 2015 23:05
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “spox.com” nəşri Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ölkədən 265 idmançının iştirak edəcəyini yazır, onların idman növləri üzrə qruplaşdırılmış tam siyahısını təqdim edir. Materialın geniş mətnini qeyd edilən linkdə oxumaq olar:

http://www.spox.com/de/sport/olympia/european-games-2015/1506/News/baku-2015-deutschland-aufgebot-sportarten.html.

Alman idmançılarından 124-ü qadın, 141-i kişidir. Onlar 19 idman növündə çıxış edəcəklər.

Alman komandasının Oyunlara tam hazırlığı barədə “sport1.de” nəşri də yazıb.

“focus.de” isə xatırladır ki, Azərbaycan Avropa Oyunlarının “pioner”i olmaq şərəfinə nail olub. Növbəti Oyunlar isə 2019-cu ildə Hollandiyada keçiriləcək.


Müəllif: