13 İyun 2015 22:01
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Sport1” telekanalının internet səhifəsində birinci Avropa Oyunlarının açılış mərasiminə aid məqalə verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə açılış mərasiminin ölkəmizin mədəniyyətini, tarixini tamamilə əks etdirdiyi vurğulanır.

Məqalədə deyilir: “Prezident İlham Əliyev Oyunların açılışını elan etdikdən sonra iki saat ərzində möhtəşəm proqram nümayiş olundu. İştirakçı ölkələrin atletləri tamaşaçıların qarşısından keçdilər. Onların arasında Fabian Hambueçenin bayraqdarlığı ilə 270 alman idmançını da görmək olardı. Tamaşaçılar bütün komandalara dəstəyi əsirgəmədilər”.

Bayraqdar Hambueçen stadiondan təəssüratlarını bölüşərək deyib: “Bu, çox gözəl hiss idi. Komandanın ən təcrübəli atleti kimi bayrağı mən daşıyırdım. Tamaşaçılar bütün komandaları böyük ruhla qarşıladılar”.

Məqalədə qeyd edilib ki, 68 min nəfərlik stadion tamamilə dolmuşdu. Tamaşaçılar arasında Rusiya Prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da var idi. Həmçinin müxtəlif ölkələrin liderləri də öz komandalarını salamlayırdı. Daha sonra Patrik Hikki çıxış edərək, Oyunların Avropa Olimpiya Komitəsinin tarixində parlaq an olduğunu bildirib. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında bu Oyunları hər bir Azərbaycan vətəndaşının qələbəsi adlandırıb.

Məqalədə ilk Avropa Oyunlarının açılış mərasimi idman dünyası üçün böyük hadisə kimi dəyərləndirilib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.sport1.de/europaspiele-2015/2015/06/prunkvolle-eroeffnung-der-europaspiele-in-baku


Müəllif: