22 İyun 2015 00:43
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 21-də “Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında çimərlik voleybolu yarışlarının qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışın ilk yarımfinal mübarizəsində Latviyanı təmsil edən Martins Plavins-Haralds Reqza cütlüyü çexiyalı voleybolçular Premışl Kubala-Yan Hadrava duetinə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Digər yarımfinal qarşılaşmasında isə rusiyalı duet Dmitri Barsuk–Yaroslav Koşkarev isveçrəli Aleksey Strasser–Qabriel Kissinq cütlüyündən üstün olub – 2:0.

Bürünc medal uğrunda görüşdə Premışl Kubala-Yan Hadrava cütlüyü isveçrəli duetə 2:0 hesabı ilə qalib gələrək yarışı üçüncü pillədə başa vurub.

Qızıl medal uğrunda görüşdə isə latviyalı Martins Plavins-Haralds Reqza dueti rusiyalı Dmitri Barsuk–Yaroslav Koşkarev cütlüyünü 2:1 hesabı ilə məğlub edərək “Bakı-2015”in çempionu adını qazanıb.


Müəllif:

Oxşar xəbərlər