23 İyun 2015 17:29
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” birinci Avropa Oyunlarında qılıncoynatma yarışlarının ilk günündə Azəbaycanı təmsil edən qılıncoynadanlarımızın hər biri mübarizəni dayandırıb.

Təmsilçilərimiz məğlubiyyətin səbəbləri barədə Teleqraf.com-a açıqlama veriblər:

1/16 final mərhələsinə vəsiqə qazanan yeganə təmsilçimiz Azər Tağıyev də bu mərhələdə uğursuzluq yaşayıb və rumıniyalı rəqibinə uduzub.

A.Tağıyev doğma meydanda keçirilən yarışda həyəcanlı olduğunu söyləyib: “Hər şey əla idi, həyəcan məni boğdu, ürəyimcə yarışa bilmədim. Amma yaradılan şəraitdən razıyıq”.

Cavanşir Ağakişiyev: “Avropa Oyunlarında iştirak etmək mənim üçün şərəfdir”

F qrupunda yarışan 16 yaşlı Cavanşir Ağakişiyev də bütün görüşlərdə məğlub olub.

Cavanşir Ağakişiyev döyüşü barədə bildirib ki, necə hazırlaşıblarsa, o cür nəticə əldə edib: “Düzdür, nəticəmizə görə pis oldum, belə nəticənin olmasını istəməzdim. Amma yaşıma görə uduzmaq da, udmaq da şərəfdir. Avropa Oyunlarında iştirak etməyin özü mənim üçün şərəfdir”.

Elmira Xudaverdiyeva: “Təcrübəmiz yoxdur”

Elmira Xudaverdiyeva qızların məğlubiyyətinin səbəbini təcrübəsizlikdə görür. Onun sözlərinə görə, Azərbaycan qılıncoynadanları beynəlxalq müsabiqələrdə çox az iştirak edir: “Bütün şərait normaldır, maskalarımız, şpaqalarımız var. Zalda məşq edirik, amma xarici ölkələrdəki turnirlərdə az oluruq, təcrübəmiz yoxdur. Hazırlığımıza uyğun şəkildə də nəticə əldə etdik. Yığmanın təlim-məşq toplantılarını vaxtı-vaxtında etməməsinin də öz təsiri oldu”.

Bacılar Azərbaycanı təmsil edəcək

İyunun 15-də yarışacaq Sevil Bunyatova bildirdi ki, qələbə çalacağına ümidlidir: “Qılıncoynatmaya Azərbaycanda güləş, cüdo, boks kimi rəğbət yoxdur. Ümid edirəm ki, gələcəkdə bizim məşğul olduğumuz idman növü də inkişaf edər”.

O, bugünkü yarışlara körpə qızını da gətirib.

Sevil Bunyatovanın bacısı Sevinc Bunyatova da Azərbaycan təmsilçiləri sırasındadır. Onun sözlərinə görə, bacısınının da, özününü də medal qazanacağını gözləyir. 16 ildir bu idman növü ilə məşğul olduğunu deyən idmançı qılınoynadanlar üçün ölkəmizdə yaxşı şərait yaradıldığını söyləyib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər