25 İyun 2015 19:14
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi möhtəşəmdir. Mən heç yerdə belə təşkilatçılıq görməmişəm. Həm yarışların keçirildiyi basketbol yarışlarının keçirildiyi arena, həm də Atletlər Kəndində yaradılan şərait idealdır. Atletlər Kəndində həm də müxtəlif sərgilər vasitəsilə Azərbaycan mədəniyyəti ilə də tanış oluruq.

İlk Avropa Oyunlarının keçirildiyi idman obyektləri ilə tanış olmuşam və bu, məndə xoş təəssüratlar yaradıb. Bakı Olimpiya Stadionunda təşkil olunmuş açılış mərasimi möhtəşəm idi. Mən və komanda yoldaşlarım yaxşı oyun nümayiş etdirməklə yüksək təşkilatçılıq səviyyəsinə uyğun olmağa çalışırıq.

Bu sözləri birinci Avropa Oyunlarının 3x3 basketbol növü üzrə yarışların fovoritlərindən biri olan Serbiya milli komandasının üzvü Duşan Bulut AZƏRTAC-a müsahibəsində deyib.

D.Bulut idmanın basketbol 3x3 növündə irimiqyaslı yarışlara 2010-cu ildən başlanıldığını diqqətə çatdırıb. Basketbolçu bildirib ki, Serbiya millisi 2012-ci ildə Yunanıstanda təşkil edilən dünya çempionatının qalibi, iki il sonra isə Rusiyada keçirilən mundialda gümüş medala sahib olmaqla ilk Avropa Oyunlarında iştirak hüququ qazanıb. Basketbol 3x3-ün ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil edilməsi əminəm ki, idmanın bu növünün inkişafına böyük təkan verəcək.


Müəllif: