Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.