Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevə zorakılıq etdiyinə görə müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilinin həbsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, müxalifətçi "zorakılıqla hədə-qorxusu gəlmək" cinayətində ittiham olunur.
“İstintaqla müəyyən edilib ki, bu il dekabrın 2-də Tbilisinin Kostava küçəsində yerləşən apteklərdən birində A.Elisaşvili “Gürcü Arzusu” partiyasının üzvü, 1954-cü il təvəllüdlü Ə.B.-yə hücum edib və ona fiziki təzyiq göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində A.Elisaşvili şübhəli şəxs qismində həbs edilib. Onu üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, - DİN-nin məlumatında deyilir.
***
Tbilisidə bir neçə gün öncə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevə qarşı fiziki zorakılığa yol vermiş müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, A.Elisaşvili zorakılıqda ittiham edilir.
Xatırladaq ki, Ə.Babayev dekabrın 3-də fiziki zorakılığa məruz qalıb. A.Elisaşvili mübahisə zamanı soydaşımızı itələyəndən sonra o, yerə yıxılaraq bədəninin bir neçə nahiyəsindən xəsarət almışdı. O, xəstəxanaya çatdırılmışdı.