Rubl dollar qarşısında yenidən 1,80 % dəyər itirib. Nəticədə bir dollar 108 rubla bərabərdir.
Teleqraf.com xəbər verir ki, illik əsasda rubl dollar qarşısında 20,64% dəyərdən düşüb.
Qeyd edək ki, yanvarın 3-də USD/RUB cütlüyü 110,5, EUR/RUB cütlüyü isə 113-114 rubl dəhlizində ticarət edilib.
2024-cü ilin noyabrında ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədib və rublun kəskin ucuzlaşmasına səbəb olub.
Sanksiyalara cavab olaraq Rusiya Mərkəzi Bankı 2025-ci ilə qədər valyuta alışını dayandırıb və vəziyyəti stabilləşdirməyə cəhd edir. Bununla belə, tənzimləyicinin bu səyləri qeyri-kafi olub.
Analitiklərə görə, yanvarın sonu fevralın əvvəlində açıqlanacaq ÜDM və sənaye istehsalı statistikası Rusiya valyutasının möhkəmlənməsinə kömək edə bilər. Yanvarın ikinci ongünlüyündə rublun dollara qarşı məzənnəsi 109–111, avroya nisbətdə isə 112–114 rubl dəhlizində proqnozlaşdırılır.