Dekabr ayında vəzifəyə təyin edilən Suriyanın yeni Ədliyyə Naziri Şadi Əl-Vaisi 2015-ci ildə ən azı iki qadını “korrupsiya, fahişəlik və zina” ittihamı ilə ölüm cəzasına məhkum etməkdə şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.
Qeyd edilir ki, internetdə Əl-Vaisinin hökm oxuduğu, qadınların başından güllələnərək edam edildiyi videoları yayılıb. "Verify-Sy"dən olan suriyalı analitiklər videoları yoxlayıb və onların həqiqiliyini təsdiqləyiblər.
“The Times” qəzetinin məlumatına görə, Əl-Vaisi 2015-ci ildə suriyalı qadını edam edərkən lentə alınıb. Ona fahişəlik ittihamı ilə ölüm hökmü oxuyub.
Suriyanın yeni hökumətinin rəsmisi "Verify-Sy"ə deyib ki, baş verənlər “o vaxt qüvvədə olan qanunlara uyğundur”. Onun sözlərinə görə, həmin dövrdəki bütün məhkəmə prosesləri diqqətlə təhlil ediləcək.