7 Yanvar 01:02
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin ("qara qutu"larının) deşifrəsini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.

"İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb", - deyə bildirilib.

Departament artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında "Pantsir"in hücumuna məruz qalıb və zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Təyyarənin "qara qutu"ları oxunması üçün Braziliyaya göndərilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər