Tanınmamış Dnestryanı hakimiyyətinin prezidenti Vadim Krasnoselski bölgədə qazın alınmasında Moldovanın köməyindən imtina etməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, belə təkliflərin verilmədiyini deyib.
“Hamısı yalandır! Bu günə qədər bizə nə Moldovadan, nə də digər dövlətlərdən kömək təklifi daxil olmayıb", - siyasətçi açıqlayıb.
Krasnoselski vurğulayıb ki, Dnestryanı rəhbərliyi Moldova hakimiyyətindən "respublika"ya iqtisadi təzyiq tədbirlərindən əl çəkməyi dəfələrlə xahiş edib.