11:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Gürcüstanda Abxaziyanın Qali rayonunda beş uşağın həyatına son qoyan faciəvi yanğın bizi dərindən kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk. Allah bu itkiyə dözməyə qüvvət versin”, - deyə paylaşımda qeyd olunur.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər