Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.
Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.
Məlumata görə, texniki baxış qeydedilən cədvələ uyğun həyata keçiriləcək.
Cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
Sıra № |
Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar |
Texniki baxışın keçirilmə vaxtı |
1. |
Şimal regionu üzrə |
Fevral ayı ərzində |
2. |
Muğan regionu üzrə |
Mart ayı ərzində |
3. |
Cənub regionu üzrə |
Aprel ayı əzində |
4. |
Daxili su hövzələri üzrə |
Oktyabr ayı ərzində |
5. |
Bakı şəhəri və Abşeron rayonu üzrə |
|
5.1 |
Ələt-Bibiheybət istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
5.2 |
Zığ-Pirallahı istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
5.3 |
Şüvəlan-Nardaran istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
5.4 |
Görədil-Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
Əlaqə telefonları: +994(12)512-17-32; +994(12)512-17-47.