11:36
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də “Gürcü Arzusu”nun Gürcüstanın qanuni hökuməti kimi tanınmasını qadağan edən qanun layihəsi hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Təşəbbüsün müəllifi respublikaçı konqresmen Co Uilson və Helsinki komissiyasının rəhbəri və demokrat Stiv Koendir. Onlar sənədi “Gürcü dəhşətinin tanınmaması qanunu” adlandırırlar.

Qanun layihəsində Gürcüstan hakimiyyətinin yeganə legitim nümayəndəsi kimi V prezident Salome Zurabişvilinin tanınması təklif olunub. Layihə müəllifləri Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını hesab edirlər.

Sənədə əsasən, “Gürcü Arzusu”nun tanınmaması siyasəti azad və ədalətli seçkilərin keçiriləcəyi halda ləğv edilə bilər.
Qanun layihəsinə ABŞ Konqresinin hər iki palatasında baxılmalıdır. Palatalarda müzakirələr və səsvermələrdən sonra sənəd imzalanması üçün prezidentə təqdim olunacaq. Qanunun qəbulu üçün həm respublikaçılar, həm də demokratların dəstəyi tələb olunur.

“Gürcü Arzusu” partiyasında sözügedən təşəbbüsü şərh etməyiblər. Hakim partiyanın Siyasi Şurasının ötən gün yaydığı bəyanatda Co Uilson “dərin dövlətin ən ciddi təzahürlərindən biri” və “deqradasiyaya uğramış siyasətçi” adlandırılıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər