Mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimində Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Xatırladaq ki, ötən il dekabrın 3-də yaşadıqları evdə səhər saatlarında baş verən partlayış nəticəsində Qasım Həşimov və həyat yoldaşı Aida Həşimova xəsarət alıblar. Qasım Həşimov yanvarın 8-də xəstəxanada dünyasını dəyişib.