12:10
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsdə olan "KAT HOLDİNG” MMC-nin təsisçisi Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 23-ə təyin olunub.

Qeyd edək ki, Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən "MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb.

İstintaq gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2022-cinilin dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.Ələkbərov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Həbsdə olan Elçin Ələkbərovun yeni cinayət əməlləri üzə çıxıb.

Cinayət işi üzrə Hüseynov Vidadi Vilayət oğlu zərərçəkmiş qismində tanınıb.

Elçin Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər