ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi üçün nəzərdə tutulan VIP biletlərin hamısı satılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Respublikaçılar komandasının bu satışlardan 170 milyon dollardan çox pul topladığı açıqlanıb.
Qeyd olunub ki, inaqurasiya komitəsi artıq andiçmə mərasiminə bilet satışını dayandırıb.
Nəşrin məlumatına görə, ilk prezidentlik müddətindən əvvəl, 2017-ci ildə Trampın komandası inauqurasiya üçün 107 milyon dollar toplaya bilib.
Komitənin müəyyən etdiyi şərtlərə görə, 1 milyon dollar ianə edən və ya 2 milyon dollar toplayanlar altı tədbirə, o cümlədən Trampın andiçmə mərasiminə, prezident və xanımı ilə qala-ziyafətə 6 bilet alacaqlar.
Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.