Almaniya kansleri Olaf Şolts keçmiş maliyyə naziri və Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindnerə təraş köpüyündən hazırlanmış tortun atılmasını pisləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Siyasətçilərə hücum etmək demokratik davranışın ifadəsi deyil. Bu cür hərəkətlər ədəbsiz və təhlükəlidir. Kristian Lindnerin ləyaqətlə cavab verməsi yaxşı haldır", - Şolts bildirib.