9 Yanvar 22:39
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya meşə yanğınlarının zərəri 50 milyard dollar olaraq qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "JPMorgan Chase" bankı məlumat yayıb.

Bankın proqnozlarına görə, Amerika ştatında baş verən yanğınlar nəticəsində sığorta itkiləri 20 milyard dolları keçə bilər.

Los-Ancelesdə on minlərlə sakin üçün məcburi təxliyə əmri verilib. Yanğınlar artıq ərazinin tarixində ən dağıdıcı hadisə kimi qiymətləndirilib.

Yanvarın 7-də Los-Ancelesin qərbində küləyin təsiriylə meşə yanğını başlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər