06:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə dəstək ABŞ prezidenti Donald Tramp adminstrasiyası üçün prioritet məsələdir.

Teleqraf.com xəbər verir ki, ABŞ-nin yeni dövlət katibi Marko Rubio İsrail baş naziri Binyamin Netanyahu ilə telefon danışığında belə deyib.

ABŞ Dövlət Departamentinin saytında bildirilir ki, M.Rubio İsrailə dəstək verməyin prezident Donald Tramp adminstrasiyası üçün prioritet məsələ olduğunu deyib.

Bundan başqa, Rubio baş naziri İsrailin HƏMAS-la və "Hizbullah"la mübarizədə qazandığı uğurlar münasibətilə təbrik edib və bundan sonra da Qəzzadakı girovların azad olunması istiqamətində çalışacaqlarını vəd verib.

Dövlət katibi əlavə edib ki, İrandan gələn təhlükələrin aradan qaldırılmasını və sülh üçün yeni imkanların ortaya çıxarılmasını səbirsizliklə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər