"Smer-SD" partiyasından olan slovakiyalı deputatlar Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni Ukrayna lideri Volodimir Zelenskinin qazla bağlı qərarına müdaxilə etməyə çağırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə deputatlar AK rəhbərinə məktub ünvanlayıb.
Onlar Ursula fon der Leyendən Avropa İttifaqı və Slovakiyanın müdafiəsinə qalxmağı xahiş ediblər. Deputatlar qeyd ediblər ki, Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq barədə birtərəfli qərarını başa düşmürlər.