07:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində VII tur oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika Stadionunda Rumıniyanın FCSB klubunu qəbul edəcək. Saat 21:45-də başlayacaq oyunu Filip Qlovanın rəhbərliyi altında Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ"a bu oyunda müdafiəçi Bədavi Hüseynov kömək edə bilməyəcək. Rumıniya təmsilçisi isə zədəli Vlad Kirikeş, eləcə də Darius Olaru, Mixay Lixandru və Oktavian Popeskunu Bakıya gətirməyib.

Ağdam təmsilçisi VI turdan sonra 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb. "Qarabağ" bu oyunda məğlub olacağı təqdirdə, növbəti mərhələ şansını tam itirəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45 "Qarabağ" - FCSB

Baş hakim: Filip Qlova

Baş hakimin köməkçiləri: Daniel Polacek, Peter Bednar

Dördüncü hakim: Lukaş Dzivcak

VAR: Mihail Oçenaş

AVAR: Martin Dohal (hamısı Slovakiya)

Hakim-inspektor: Martin Hansson (İsveç)

UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər