03:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti 2025-ci ildə hərbi əməliyyatların başa çatacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko belə deyib.

O deyib: "Biz ümid edirik ki, müharibə bu il bitəcək".

Nazir qeyd edib ki, Kiyevdə Rusiya prezidenti Vladimir Putinlə danışıqların baş tutmasını mümkün hesab edirlər: "Bir tərəfdən, bu, mümkündür, amma hər şey bunun nə vaxt baş tutacağından asılıdır. Danışıqlar Ukraynanın kifayət qədər güclü olacağı zamanda baş tuta bilər, güclü olmaq üçün isə biz müdafiə sənayemizi inkişaf etdirməliyik".

Kiyev hökuməti ABŞ prezidenti Donald Tramp adminstrasiyasının danışıqlar prosesində fəal iştirak edəcəyini gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər