19:14
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp administrasiyasının qərarından sonra Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun aktuallığını itirə bilər.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qanuna Gürcüstanda ehtiyac olmaya bilər.
“Xarici təsirin şəffaflığı haqqında” qanun mütləq idi. Trampın ilk qərarlarından biri bunu təsdiqlədi”, - M.Mdinaradze qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın imzaladığı ilk fərmanlardan biri digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında olub.

Gürcüstanda etirazlara səbəb olan, Avropa İttifaqı və ABŞ-nin tənqid etdiyi sözügedən qanun ötən ilin avqustun 1-dən qüvvəyə minib.

Qanunla maliyyələşməsinin 20%-ni xaricdən alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı tələb olunur.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər