"Ukrayna ABŞ-dan yardım almağa davam edir".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
"İndiyə qədər hər şey olduğu kimi gedir" - Zelenski bildirib.
Dövlət başçısı Kiyevlə ABŞ-ın yeni hökuməti arasında qarşılıqlı fəaliyyət planlarından da danışıb. Zelenskinin sözlərinə görə, əvvəlcə Ukrayna və ABŞ administrasiyaları arasında komanda görüşləri olacaq, sonra isə Ukrayna tərəfi prezident Donald Trampla görüş üzərində işləyəcək.