Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turuna yekun vurulacaq.
Teleqraf.com-un məlumatına görə, gecənin mərkəzi görüşü İtaliyada yerli “Latsio” və İspaniya “Real Sosyedad”ı arasında olacaq. "Latsio" qalib gələcəyi təqdirdə, vahid liderə çevriləcək və 1/8 finala vəsiqəni təmin edəcək.
Türkiyə təmsilçisi “Fənərbağça” Fransanın “Lion”, “Qarabağ” isə Rumıniyanın FCSB klubunu qəbul edəcək.
UEFA Avropa Liqası, VII tur
23 yanvar
21:45. “AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya)
21:45 “Budö Qlimt” (Norveç) - “Makkabi Təl-Əviv” (İsrail)
21:45 “Viktoriya Plzen” (Çexiya) - “Anderlext” (Belçika)
21:45 ”Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)
21:45 “Malmö” (İsveç) - “Tvente” (Niderland)
21:45 “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)
21:45 “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa)
21:45 “Hoffenheym” (Almaniya) - “Tottenhem” (İngiltərə)
00:00 “Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan)
00:00 “Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya)
00:00 “Lüdoqorets” (Bolqarıstan) - “Midtülann" (Danimarka)
00:00 “Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya)
00:00 PAOK (Yunanıstan) - “Slaviya Praqa” (Çexiya)
00:00 RFŞ (Latviya) - “Ayaks” (Niderland)
00:00 “Elfsborq” (İsveç) - “Nitsa” (Fransa)
00:00 “Royal Yunion” (Belçika) - “Braqa” (Portuqaliya)
Qeyd edək ki, turun ilk 2 matçı artıq keçirilib. “Qalatasaray” Türkiyədə Ukraynanın “Dinamo Kiyev” komandası ilə heç-heçə edib - 3:3. Qardaş ölkənin digər təmsilçisi “Beşiktaş” isə evdə İspaniyanın “Atletik” komandasına şans verməyib - 4:1.