"İsrail ordusu fələstinli radikalların ayrı-ayrı qruplarının Qəzza zolağında atəşkəsi pozmaq cəhdlərini qeydə alıb və bu təhdidləri dayandırıb".
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında məlumat yayıb.
“Qəzza zolağının cənubunda atəşkəs razılaşması çərçivəsində ərazidə fəaliyyət göstərən İsrail qoşunları əsgərlərə təhlükə yaradan bir neçə silahlı şübhəlini müəyyən edib”, - məlumatda deyilir.