18:57
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya Baş Prokurorluqda dindirilib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, siyasətçinin fiziki təzyiqə məruz qalması ilə bağlı dindirilmə prosesi təqribən üç saat davam edib.

G.Qaxariya Baş Prokurorluğu tərk edəndən sonra jurnalistlərə açıqlama verməkdən imtina edib. O, məsələ ilə bağlı sabah brifinq keçirəcəyini bildirib.

Xatırladaq ki, sabiq Baş nazir yanvarın 15-də Batumidə fiziki təzyiqə məruz qalıb. Faktla bağlı zorakılıq maddəsi üzrə istintaq aparılır. G.Qaxariyaya “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze zərbə endirib. Hakim partiyadan qarşıdurmaya G.Qaxariyanın səbəb olduğu bildirilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər