"Galaxy Leader" gəmisindəki 17 filippinli dənizçi azad olunub.
Teleqraf.com xəbər verir ki, yük gəmisi 2023-cü ilin noyabrında Ədən körfəzində quldurlar tərəfindən ələ keçirilmişdi.
Dənizçilərin azad olunması barədə xəbəri Filippin Prezidenti Ferdinand Markos özünün sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hazırda dənizçilər Filippinin Maskatdakı səfirliyinin himayəsindədirlər və onlar tezliklə öz yaxınları ilə görüşə biləcəklər.