Amerikanın xəbər telekanalı CNN yüzlərlə əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, hazırda telekanal öz biznesini qlobal rəqəmsal auditoriyaya köçürməklə məşğuldur.
Dünya mediasında yayılan məlumatlara görə, bu ixtisarlar CNN-ə istehsal xərclərini azaltmağa yardım edəcək. Təbii ki, məşhur əməkdaşları işdən çıxarılma təhlükəsi gözləmir.
Bundan başqa, bəzi teleşouların çəkilişləri qənaət məqsədilə Nyu-Yorkdan və Vaşinqtondan Atlantuya köçürülə bilər. Orada istehsal xərcləri daha ucuz başa gələcək.
Hazırda CNN-də 3,5 min nəfər çalışır.