08:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, sürücülər bu səhər əsasən 12 istiqamət üzrə avtomobillərin sıxlığından əziyyət çəkilər.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, hal-hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. Zərifə Əliyeva küçəsində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər