ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların ABŞ-ın cənub sərhədlərindən ölkəyə daxil olmasına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti bu barədə fərman imzalayıb.
Sənədə əsasən, Daxili Təhlükəsizlik, Ədliyyə Nazirliyi vı Dövlət Departamenti qeyri-qanuni miqrantlara ölkənin cənub sərhədlərindən daxil olmağa icazə verməməlidir. Bundan başqa, frəman bu cür şəxslərin sığınacaq adı altında ABŞ ərazisində qalması imkanlarını da məhdudlaşdırır.