Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda (WEF) Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.
Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışıblar. Kiyev və Zaqreb nümayəndələri müdafiə sektorunda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.