2025-ci ildə dünyadakı vəziyyət sakit olmayacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin yerli mediaya verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, artıq bu gündən bəllidir ki, 2025-ci il sakit keçməyəcək. Narışkin qeyd edib ki, çox şey regional və qlobal oyunçuların sağlam məntiqindən və dözümündən asılı olacaq.