Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.29% azalaraq 78.710 dollar/barelə düşüb.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 0.28% azalaraq 75.198 dollar təşkil edib.
Qeyd edək ki, WTI markalı neft aylıq əsasda 7.28%, illik əsasda isə 0.30% dəyər qazanıb. "Brent” markalı neft isə aylıq 7.57%, illik 0.85% dəyər qazanıb.