11:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Donald Trampın ikinci prezidentlik dövründəki çağırışlarına hazır deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” (FP) jurnalında məqalə dərc olunub.

Yazıda bildirilib ki, Trampın məqsədlərindən biri Avropanı müdafiə etmək yükünü NATO müttəfiqlərinin üzərinə yükləməkdir.

Avropalı siyasətçilər isə hələ də hərbi xərclər daxil olmaqla, edilməsi lazım olan dəyişikliklərin aktuallığını və miqyasını dərk etməyiblər.

“Səhv hədəflərə fokuslanan və siyasi böhrandan yayınan Avropa Ağ Ev lideri Trampın ABŞ prezidenti kimi ikinci prezidentlik dövrünün çağırışlarına hazır deyil”, - məqalədə qeyd edilib.

Müəllifin fikrincə, Avropa tezliklə “Amerika hava yastığını itirərək” müdafiəsiz qala bilər.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər