Hesablama Palatası Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində nöqsanlar aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, Muxtar Respublikada əhalinin sosial müdafiә mәrkәzlәri tәrәfindәn ünvanlı sosial yardım tәyin edilәrkәn bәzi hallarda әmәk qabiliyyәtli olmasına baxmayaraq vətəndaşlar işsiz kimi göstərilib. Həmin şəxslərin ÜSY alması təmin edilib. Ümumilikdә 41 tәyinat üzrә 132 min 993,5 manat artıq vəsait sərf olunub.
Bundan əlavə, Dövlәt Sosial Tәminat Xidmәtinin rayon sosial müdafiә mәrkәzlәri tәrәfindәn 2023-cü ilin yanvar-iyun aylarını әhatә edәn dövrdә aktiv әmәk müqavilәsinin, habelә aktiv vergi ödәyicisi olması sәbәbindәn yaşa görә 15 müavinәt işi üzrә 7468,5 manat, ailә başçısını itirmәyә görә 17 müavinәt işi üzrә isә 20957,9 manat olmaqla, ümumilikdә 32 müavinәt işi üzrә 28426,4 manat mәblәğindә vәsait artıq ödәnilib.
Bәzi vәtәndaşlara müavinәt növlәrinin tәyin edilmәsi zamanı onların müavinәt almaq hüququnun yarandığı müddәtdәn gec müraciәti vә ya digәr sәbәblәrdәn keçmiş dövr üçün hesablanmış müavinәt mәblәğlәrinin ödәnilmәsi prosesi də düzgün icra edilmәyib. Belә ki, 38 vәtәndaşa ötәn dövr üçün hesablanan müavinәtin ümumi mәblәği ötәn dövrdәki ayların sayına bölünәrәk aylıq müavinәtin üzәrinә әlavә edilmәklә deyil, ümumilikdә 35007,0 manat vәsait bütöv kart hesablarına köçürülüb.
Hesabatda 2023-cü ildәn әvvәlki dövrdә Dövlәt Sosial Tәminat Xidmәtinin bölmәlәrinә direktor vәzifәlәrinә tәyinat zamanı “Dövlәt qulluğu haqqında” qanunun tәlәblәrinә riayәt edilmәdiyi qeyd edilib. Nәticәdә 2023-cü ilin 7 ayı әrzindә qeyd edilәn vәzifәlәr üzrә işçilәrә dövlәt qulluqçularının әlavәlәri ilә bağlı ümumilikdә 49 min 557,67 manat vәsait әmәk haqqı qismindә ödənilib.
Sənəddə o da bildirilib ki, Babәk Rayon Әhalinin Sosial Müdafiә Mәrkәzinin bank reyestrlәrinin müvәkkil bankda olan tәsdiqli nüsxәlәri әldә edilәrәk mühasibatlıqda mövcud olan nüsxәlәr ilә müqayisә edilib.2023-cü ilin yanvar, fevral, mart, aprel, iyun vә iyul aylarında mühasibatlıqda fәrqli bank reyestrlәrinin olduğu aşkarlanıb. Mәrkәz tәrәfindәn bank reyestrlәrinin yekun mәblәğlәrinin artırılması hesabına әsassız olaraq ötmüş dövr üçün ödәmә hәyata keçirilib.
Nәticәdә 2023-cü ilin 6 ayında ümumilikdә 55 min manatdan çox vəsait 3 nәfәr vәtәndaşın bank kartlarına әsassız köçürülüb.