Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun açılış oyununda "Şamaxı" və "Zirə" komandaları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2.
Hesabı 38-ci dəqiqədə meydan sahiblərinin legioneri Braim Konate açıb. Lakin 45+2-ci dəqiqədə Ruan Renato, 49-cu dəqiqədə isə Salifu Suma fərqlənərək, geridönüş ediblər.
Bununla da xallarını 36-ya çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini möhkəmləndirib. "Şamaxı" 17 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun qalan 4 görüşü 25-26 yanvarda keçiriləcək.