16:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikintisi başa çatmayan obyektlәrin sifarişçilәr tәrәfindәn tikintisinin dayandırılması investisiya xәrclәrinin sәmәrәliliyinә tәsir göstәrә bilәr.

Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət Auditi” jurnalında 2025-ci ilin ilkin büdcә layihәsi üzrә fiskal risklәr dəyərləndirilərkən qeyd edilib.

Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində bildirilib ki, ortamüddәtli büdcә proqnozları üzrә göstәrilәn dövlәt әsaslı vәsait qoyuluşu xәrclәrinin әsas hissәsinin keçid layihәlәrә yönәldilmәsi halında belә keçid layihәlәrin başa çatdırılması üçün uzun müddәtә ehtiyac duyulur.

Əsas kapitala investisiyalar portfelindә dövlәt investisiyalarının payının ilbәil yüksәlmәsi dә risk amillәrindәn biri kimi qeyd edilib.

“Belә ki, 2024-cü ilin 8 ayı üzrә dövlәt mәnbәlәri hesabına maliyyәlәşdirilәn investisiyaların cәmi portfeldә payı tәxminәn 60%-ә yüksәlib, dövlәt büdcәsinin bu istiqamәtdә xәrclәrinin il sonuna icrası gözlәntilәri isә bu nisbәtin bir qәdәr dә yüksәlәcәyini demәyә әsas verib. Qeyd edәk ki, strateji sәnәdlәrdә özәl sektor hesabına investisiyaların artımı nәzәrdә tutulsa da, 2024-cü ilin yanvar-avqust aylarında әks meyil müşahidә edilib" deyə, hesabatda qeyd edilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər