16:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rasim Cəfər rol aldığı “Çəyirtkənin öpüşü” filminin Berlin Film Festivalında premyerasında iştirak edəcək.

Bu barədə Teleqraf.com-a aktyorun özü məlumat verib.

Filmin rejissoru və ssenari müəllifi Almaniyada yaşayan azərbaycanlı Elmar İmanovdur.

Festivalın Forum bölməsində göstəriləcək filmin istehsalında dünyanın müxtəlif yerlərindən 700-dən çox nümayəndənin iştirakı gözlənilir.

Film Almaniya, İtaliya və Lüksemburqun ortaq istehsalıdır.

“Bu, bizim Elmarla ilk işimiz deyil, daha öncə mən onun “Tabutçunun yelləncəyi”, “Mövsümün sonu” filmlərində də çəkilmişəm. Bilirəm ki, Elmar bu filmi 8 ildir çəkmək istəyirdi. Nəhayət, çəkildi və ilk təqdimatı 13-23 fevral tarixlərində keçiriləcək Berlin Film Festivalında olacaq".

Xatırladaq ki, Elmar İmanov Azərbaycanda çəkdiyi "Tabutçunun yelləncəyi" filmi ilə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medal qazanıb. "Mövsümün sonu" isə nüfuzlu Rotterdam Film Festivalında mükafata layiq görülüb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər