24 Yanvar 17:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Sәhmdar Cәmiyyәtindә dövlәt büdcәsindәn ayrılan 240,1 mln. manat vәsaitlə bağlı kənar audit aparıb.

Teleqraf.com xəbər verir ki, “Bakı Metropoliten"nin dövlәt büdcәsindәn ayrılan subsidiyanı әmәk haqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirdiyi müəyyən edilib. Halbuki həmin vəsaitin təyinatı sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasıdır.

Qeyd edilir ki, sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.

Bundan əlavə QSC tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә də riayәt olunmayıb. Belə ki, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәr bağlanıb. Ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı, dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər