24 Yanvar 18:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası 2022-2023 və 2024-cü ilin birinci rübündə Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tәrәfindәn dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasına dair audit aparıb. Bunun nəticəsində bir sıra nöqsanlar aşkar olunub.

Teleqraf.com məsələ ilə bağlı Hesablama Palatasına istinadən xəbər verir ki, nöqsanlardan biri elə məhz akademiyanın nizamnaməsi ilə bağlıdır.

Auditin әhatә etdiyi illərdə Akademiya 2016-cı ildə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərsə də, həmin Nizamnamə 2019-cu ildə qəbul edilmiş "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə uyğunlaşdırılmayıb. Bu, funksional və maliyyə fəaliyyətinə nəzarət mexanizmlərinin məhdudlaşmasına səbəb olub.

Akademiya tərəfindən depozit hesablarında vəsaitlərin yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməyib. Belə ki, audit sübutlarına əsasən, müddət və faiz dərəcələrinin düzgün seçilməməsi əlavə gəlir əldə edilməsinə mane olub.

Bundan əlavə, qeyri-rezident şəxslərlə bağlanmış müqavilələr zamanı ödəmə mənbəyində vergi tutulmasına dair tələblər tam yerinə yetirilməyib. Nəticədə, 42,9 min manat vergi hesablanmayıb və dövlət büdcəsinə köçürülməyib.

Həmçinin, tədris keyfiyyətinə təsir edən risklər də müəyyən edilib. Belə ki, auditoriyalarda tədris edilməsi nəzərdə tutulan dərslərin bir hissəsi mütəxəssislərə ötürülüb, bəzi fənlər üzrə isə elmi dərəcəsi olmayan müəllimlər dərs deyib.

Qeyd edək ki, bütün bu hallar maliyyə və funksional nəzarətin gücləndirilməsinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini ortaya qoyub.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər