"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.
“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, - məlumatda deyilir.
Xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.