Qadınlar arasında basketbol üzrə Avropa çempionatının seçmə qrup oyunları üçün millimizin heyəti müəyyənləşib.
Teleqraf.com Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, iştirak ərizəsində 12 qadın basketbolçu yer alıb.
Bunlar Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubovadır.
Milli komanda 6 fevral səfərdə Belçika və 9 fevral evdə Polşa yığmaları qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi iyunda keçiriləcək.