NATO-nun keçmiş baş katibi və Norveçin keçmiş Baş naziri Yens Stoltenberq maliyyə naziri təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.
Hazırda Stoltenberqin 2002-2014-cü illərdə rəhbərlik etdiyi ölkənin hakim İşçi Partiyası ağır böhran yaşayır.
Koalisiya hökuməti keçən həftə partiyanın enerji siyasəti və Avropa İttifaqına (Aİ) inteqrasiya ilə bağlı mövqeyinə görə dağılıb, maliyyə naziri də daxil olmaqla 20 nazirdən səkkizi hökuməti tərk edib.
Stoltenberqin çoxdankı müttəfiqi, Baş nazir Yonas Qar Stere yeni kabinetini fevralın 4-də elan edəcəyinə söz verib.
Xatırladaq ki, bundan əvvəl Stere sentyabrın 8-dək keçiriləcək parlament seçkilərinə qədər istefa verməyəcəyini və hökumətə rəhbərlik edəcəyini açıqlamışdı.
Kanal bildirir ki, Stoltenberqin kabinetə təyin olunması partiyanın aşağı düşən reytinqlərini düzəltməyə kömək edə bilər, çünki o, ölkədə böyük nüfuza malikdir.
Həmçinin Münxen Təhlükəsizlik Konfransının yeni sədri Yens Stoltenberq ölkəsində maliyyə naziri vəzifəsini başa vurduqdan sonra yenidən bu quruma rəhbərlik edəcək.