İraqda yerləşən ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi kontingenti ona tapşırılan vəzifələri 2025-ci ilin sonuna qədər icra edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Prezidenti Əbdül Lətif Rəşid bildirib.
“Növbəti ilə qədər koalisiya qüvvələrinin missiyası sona çatacaq. Amma qüvvələrin çıxarılması vaxtı hələ dəqiqləşməyib”, – o qeyd edib.
Rəşid əlavə edib ki, İraqda xarici hərbi hissələrin çıxarılmasının konkret vaxtı tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq.