17:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Polşa arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müəyyən edən memorandum imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bu barəbə “RBK Ukraina” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, memorandum Ukraynanın Strateji Sənayelər Nazirliyinin rəhbəri Qerman Smetanin və Polşa Müdafiə Nazirliyinin katibi Çezari Tomçikin iştirak etdiyi bir mərasimdə imzalanıb.

Memorandum qarşılıqlı hərbi sursat, zirehli texnika və artilleriyanın istehsalı, habelə hava hücumundan müdafiə sahəsinin gücləndirilməsi məsələlərini nəzərdə tutur.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər