17:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, turdan əvvəl şahmatçılar Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb və şəkil çəkdiriblər.

Azərbaycan Şahmat Federasiyası və “YAŞAT” Fondunun birgə təşkilatçılığıyla reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Ş. Məmmədyarov balaca fanatıyla yenə də görüşəcəyini bildirib.

Sonda şahmatçılar balacalara hədiyyə təqdim ediblər.

Qeyd edək ki, 1/8 finalda ilk gedişi Azərbaycan Respublikasının siyasi və ictimai xadimi, diplomat və tarix elmlər doktoru Həsən Həsənov edib.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər