İşemik insult keçirərərək Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən müğənni Nazim Pişyarinin (Faytonçu) həyat yoldaşı onun səhhətindəki son durum haqqında məlumat verib.
Teleqraf.com-a açıqlamasında Arzu Pişyari həyat yoldaşının səhhətinin normal olduğunu vurğulayıb:
"Nazim bəyin səhhəti normal və stabildir. Hələ də xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam edir. Palataya nə zaman çıxarılacağı məlum deyil".
Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb.